Körfəz ölkələri birləşdilər
1. 204 dəfə baxılıb
Fars körfəzi ölkələri vahid ordu, donanma və polis yaradır.
Fars körfəzi ölkələri Doha sammitində təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair razılığa gələrək, vahid ordu, donanma və polis qüvvələrinin yaradılması barədə qərar qəbul ediblər. “Sələf Xəbər”-in APA-ya istinadən verdiyi xəbərə görə, müvafiq müddəalar görüşün yekun sənədində əksini tapıb.
Fars körfəzi ərəb ölkələrinin Əməkdaşlıq Şurasına Ərəb yarımadasındakı altı monarxiya dövləti – Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Oman və BƏƏ daxildir.
“Hərbi əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə Şura ölkələri bazası Bəhreyn Krallığında yerləşməklə vahid Hərbi-Dəniz Qüvvələri yaradır”,-deyə Şuranın baş katibi Abdel Lətif əz Zəyyani yekun bəyanatı təqdim edərkən bildirib.
Bundan başqa, ərəb monarxiyaları birləşmiş silahlı qüvvələrinin tabe olacağı və baş qərargahının Ər Riyadda yerləşəcəyi vahid hərbi komandanlığın yaradılması təklifini dəstəkləyiblər. Bölgənin vahid polis qüvvələrinin mərkəzi aparatı isə Əbu Dabidə fəaliyyət göstərəcək.
“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”
Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə