“Kral Fəhd adına Quran çapı kompleksi” üç milyon nüsxə Quran paylayıb
1. 178 dəfə baxılıb
Selefxeber.az-ın “Tavasul” saytına istinadən məlumatına görə, Mədinə şəhəri “Kral Fəhd adına Quran çapı kompleksi” ötən bir il ərzində müxtəlif nəşrlərlə çap etdiyi 2.973.403 sayda nüsxə Qurani-Kərim payladığını bəyan edib.
Kompleksdən verilən məlumata görə hökumət orqanlarına, xeyriyyə təşkilatlarına və xarici ölkələrdəki səfirliklərə müxtəlif ölçülü, ayrı-ayrı dillərə tərcümə olunmuş və müxtəlif mövzuları əhatə edən 113 min 525 nüsxə kitab göndərilmişdir.
Sələf Xəbər: Qeyd etmək lazımdır ki, Quran Uca Allah tərəfindən muzeylərdə sərgilənmək və insanların onun xarici görünüşündən feyzyab olmaları üçün göndərilməyib. Quran – hər bir yaxşılığı əmr edən və hər bir pisliyi qadağan edən hökmlər kitabıdır. Uca Allah onu insanların oxuması, mənasını dərk etməsi və ehkamlarına müvafiq olaraq əməl etməsi üçün nazil edib. Buna dəlil Uca Allahın aşağıdakı kəlamlarıdır: “Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə Şəfqətlidir, Rəhmlidir” (Müqəddəs Quran, Hədid surəsi, 9-cu ayə).
20-ci yüzilliyin məşhur islam alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) Müqəddəs Quranın oxumaqdan başqa, divarda bəzək şəklində asılması və s. əlavə məqsədlərlə istifadəsi barədə soruşublar.
Şeyx bu suala belə cavab verib: “Biz Quranı layiqli şəkildə oxumalı, onun ehkamlarına riayət etməli, onun şanını uca tutmalı, hörmət etməli və təhqirlərdən və ona qarşı qeyri-düzgün münasibətdən qorumalıyıq, çünki Quran – Allahın, özündə yalnız həqiqəti əks etdirən kitabıdır və onda bir yalan da yoxdur. Biz ixtilafa düşdükdə onun ehkamlarına əsasən əməl etməli və hökm verməliyik. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (Müqəddəs Quran, “Nisa” surəsi, 59-cu ayə).
Daha sonra şeyx deyir: “Əməlisaleh sələflərimizdən hər hansı birinin Qurandan çıxarışları lövhələrdə yazaraq və ya çərçivəyə salaraq divardan asması halı bizə məlum deyil. Əksinə, Quran onların ürəyinə yazılmışdı və onlar ona tamamilə riayət edir, oxuyur, əzbərləyir və onu digərlərinə öyrədirdilər. Qurandan çıxarışları lövhələrə yazmaq, çərçivəyə salmaq və s. hallara gəldikdə isə, əməlisaleh sələflərimizin bunu etdiyi barədə bizdə məlumat yoxdur. Bu cür əməllərdə fayda yoxdur. Belə halda Quranın təhqirə məruz qalması və layiqli şəkildə qorunmaması ehtimalı var”.