Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kral: “Oğlunun qisasının alınacağını sənə söz verirəm” – FOTO

Fevral 06
16:41 2015

İordaniya Hərbi-Hava Qüvvələrinin 26 yaşlı leytenantı, F-16 qırıcı-bombardmançı təyyarəsinin pilotu Muaz Kasasbəyin dünən dəfn mərasimi keçirilib.

İŞİD terror xəvaric qruplaşmasının Suriyanın Rəqqa şəhərində yandırdığını iddia etdiyi, əslində isə Huda şəhərində qəfəsə salınaraq diri-diri yandırılan pilotun külə dönmüş cəsədi belə İordaniyaya verilməyib.

Buna rəğmən ölkə kralı II Abdullahın əmri ilə matəm və dəfn olub.

“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, dəfndən bir gün əvvəl hospitalda Muazın anası infraktdan dünyasını dəyişib. Oğlunun yandırıldığı anların videosuna baxanda ananın ürəyi yatıb.

26 yaşlı mərhum pilotun xanımı Ənvara Təravnə ərinin yandırıldığı videoya baxa bilməyib. O, Muazın yandırıldığı barədə xəbərləri Facebook-dan oxuduğunu deyib.

Ənvara “Muazın girovluqdan azad ediləcəyi deyilirdi. Bununla bağlı xəbərləri oxuyanda bir məlumat gördüm. “Allah sənə rəhmət eləsin, Muaz” yazılmışdı. Dərhal qaynanama zəng vurdum, Muazın öldürüldüyünü ona ağlayaraq söylədim”, – deyib.

Muaz Kasasbəyin doğulduğu Kərak şəhərindəki dəfninə İordaniya kralı II Abdullah və onun xanımı, kraliça Raniyə də qatılıblar.
Kraliçanı görəndə Ənvara özünü saxlaya bilməyərək ona sarılaraq hönkürüb.

Muaz xanımı Ənvara ilə evlənəndən cəmi 5 ay sonra Suriyanın Rəqqa şəhərində təyyarəsi vurulmuş və İŞİD terror xəvaric qruplaşmasının əlinə keçmişdir.
Kraliça ilə ağlayaraq danışan Ənvara deyib: “Muaz həmin gün, sanki nə isə hiss etmişdi. O, “Ümid edirəm ki, hava duman olacaq, uçuşları ləğv edəcəklər” söyləyirdi. Sanki əsir düşəcəyi ürəyinə dammışdı”.

Muaz Kasasbəyin F-16 qırıcı-bombardmançı təyyarəsi Suriyanın Rəqqa şəhərinin səmasında ötən il dekabrın 24-də vurulmuşdu.
Muazın atası Səifi bağrına basan İordaniya kralı ona deyib: “Oğlunun qisasının tamamən, bütünlüklə alınacağını sənə söz verirəm. Bil ki, İŞİD terror xəvaric qruplaşması ilə mübarizəmiz sərt olacaq, o vəhşilərə öldürücü zərbələr vuracağıq”.

Mərhum pilotun atası isə söyləyib: “Siz müdrik hökmdarsınız. Onlar, o İŞİD itləri İslam qaydalarını, savaş qanunlarını pozublar. Onlar insan deyillər. Bəşəriyyət onlardan imtina edir”.

İordaniya krallığının Hərbi-Hava Qüvvələrinin qırıcı-bombardmançı təyyarələri dünən Suriyada İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə intensiv raket-bomba zərbələri endirməyə başlayıblar.

Əməliyyatlara onlarla hərbi təyyarə cəlb olunub.

Bu gün səhər saatlarından etibarən isə İordaniyanın Kral Hərbi-Hava Qüvvələrinin təyyarələri İŞİD terror xəvaric qruplaşmasının İraqdakı mövqelərini vurmağa başlayıblar.

📷

sx-news-1535b sx-news-1535a

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)

Digər xəbərlər