Kral Salman gənc alimləri mükafatlandırıb – FOTO
859 dəfə baxılıb
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz iyulun 1-dən 2-nə keçən gecə Mədinədə Hədis elmləri və Müasir İslam tədqiqatları sahəsində keçirilən müsabiqə iştirakçılarının qaliblərini mükafatlandırıb.
Al-Tayyiba Universitetində keçirilən möhtəşəm tədbirə Səudiyyə nümayəndələrindən əlavə, 30-dan çox ölkədən qonaqlar dəvət olunub. Dəvətlilər arasında Sudanın keçmiş prezidenti Suvar əl-Dhahab, Türkiyənin Dəyanət İşləri İdarəsinin başçısı Mehmet Görməz, Misirin keçmiş müftisi Əli Cümə, Rusiaynın “Yığıncaq” İctimai Təşkilatlar Asossasiyasının sədri Muhamməd Salahaddinov və başqaları tədbirdə iştirak edib.
“Sələf Xəbər”in İslamnews.ru-ya istinadən xəbərinə görə, qonaqlarla görüşdükdən sonra müsabiqədə qalib gəlmiş 6 nəfər gənc alimə mükafatı Kral Salman şəxsən özü təqdim edib.
Mərasimdə iştirakı ilə Səudiyyə Kralı İslam elmlərinin inkişafına necə maraq göstərdiyini bir daha göstərib.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə)