Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kral Salman terrorla mübarizə üçün 110 milyon dollar bağışladı

Noyabr 17
19:47 2015

Türkiyənin Antalya şəhərində keçirilən və dünyanın 20 ən güclü dövlətinin qatıldığı “Böyük iyirmilik” sammitində Səudiyyə nümayəndə heyətinin rəhbəri beynəlxalq ictimaiyyəti terrorizmlə mübarizə aparmaq üçün səylərini fəallaşdırmağa çağırıb.

Çıxışı zamanı, Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz “Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Terrorla Mübarizə üzrə Beynəlxalq Mərkəz” yaratmaq təklifi irəli sürüb.

Bu təşkilat terrorçular haqqında kəşfiyyat və informasiya mübadiləsi, eləcə də terror fenomeninin öyrənilməsi üçün beynəlxalq mərkəzin yaradılması ilə məşğul olacaq.

Sədiyyə Ərəbistanı mərkəzin yaradılması üçün 110 milyon dollar həcmində vəsait ayırdığını bildirərək, mərkəzin inkişafına yardım və dəstək üçün digər ölkələrə də səslənib.

Kral Salman həmçinin Parisdə baş verən terror aktı ilə bağlı danışaraq bildirib ki, bu hücumları İslam dini ilə əlaqələndirmək olmaz, çünkü Səudiyyə Ərəbistanı da terrordan əziyyət çəkən ölkələr sırasında yer alır.

Çıxışının davamında Suriya böhranı haqqında danışan Kral Salman onu da qeyd edib ki, bu məsələlərin həlli yolunu tapmaq üçün beynəlxalq ictimaiyyət birlikdə fəaliyyət göstərməlidir.

Onu da qeyd edək ki, “Böyük iyirmilik” sammitində kral Salmanla ilk öncə ABŞ prezidenti Barak Obama görüşüb. Görüş zamanı iki ölkə başçısı Suriya müxalifəti və İraq dövlətinin “İslam dövləti” adı altında fəaliyyət göstərən İŞİD xəvaric terror qruplaşmasına qarşı mübarizədə dəstəyə ehtiyacı olduğunu müzakirə ediblər.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! 9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).

Digər xəbərlər