Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kral: “Sizin yaxşı olmağınızı istəyirəm”

Dekabr 11
16:27 2015

Dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda toplanan Suriya müxalifəti Kral Salman Əbdüləziz ilə görüşüb.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Kral aralarında “Ceyşul İslam” (İslam Ordusu) kimi radikal təşkilatların nümayəndələrinin də olduğu müxalifləri öz sarayında qəbul edib.

Rəsmi SPA agentliyinin məlumatına görə, Salman Əbdüləziz görüşdə Suriya məsələsini müzakirə edib:

“Sizin yaxşı olmağınızı istəyirəm. Ölkənizdə təhlükəsizlik və sabitliyi təmin etmək üçün sizinlə razılığa gəlmək istəyirik. Suriya ilə əlaqələrimiz tarixidir və sizin ölkə bizim üçün çox qiymətlidir. Suriyanın və suriyalı qardaşlarımızın müqavimət göstərməsi bizim üçün əhəmiyyətlidir”.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)

Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər