Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Küçələrdə ərzaqla dolu “Ramazan soyuducuları” quraşdırılır

İyun 16
17:36 2016

Dubay sakinləri Ramazan ayı ərzində bələdiyyə işçilərinə və ehtiyacı olan hər bir kəsə isti iş günlərində kömək məqsədilə “Ramazan soyuducuları” adı altında keçirilən xeyriyyə təşəbbüsünü dəstəkləyib.

Şəhər sakinləri öz evlərinin qapısı və qarajlarının yaxınlığında kommunal təsərrüfat işçiləri, bağban və polislər üçün nəzərdə tutulmuş içi ərzaq və sərin su ilə dolu soyuducular quraşdırırlar. Yardıma qoşulmaq istəyən hər bir şəxs də öz növbəsində bu soyuducuları gətirdikləri ərzaqlarla doldura bilər.

Qeyd edək ki, hal-hazırda şəhərin yerli əhalisi tərəfindən artıq 41 ədəd “Ramazan soyuducuları” quraşdırılıb.

Təşəbbüsün müəllifi 29 yaşlı Sumaya Saidin sözlərinə görə, insanların əksəriyyəti bina evlərində və mənzillərdə yaşadığına görə bu ideyanı Abu-Dabi şəhərində həyata keçirtmək bir o qədər asan deyil. Lakin həftə sonuna kimi şəhərdə ən azı 3 soyuducunun quraşdırılacağına ümid etmək olar.

Artıq sosial şəbəklərdə insanların çoxu bu təşəbbüsə qoşulmaq üçün qruplar yaradaraq sərin şirələr, tərəvəz, meyvə və s. ərzaqları gətirib yaxın ərazidə quraşdırılmış soyuduculara yerləşdirirlər.

Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.” (Qurani Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)

“Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, Allah yolunda cihada hazırlaşmaya, müsəlman döyüşçülər üçün ləvazimatın və onların özlərinin hazırlanmasına və həmçinin müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr da daxildir.
Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər