Kürd silahlıları Suriyanın strateji şəhərini İŞİD-dən azad etdi
İyun 16
14:55
2015
662 dəfə baxılıb
Kürd silahlı dəstələri Suriyanın strateji Tel Abyad şəhərini İŞİD terror xəvaric qruplaşmasından azad edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Kürd silahlı dəstələrin komandirlərindən birinin agentliyə verdiyi xəbərə əsasən, terrorçular çoxlu itkilər verərək geri çəkilməyə məcbur olublar. Şəhəri tərk etməzdən əvvəl onlar bir çox binanı və küçələri minalayıblar. Şəhəri istehkamçılar tərəfindən təmizləyənədək sakinlərə evləri tərk etməmək tövsiyə edilib.
Tel Abyad şəhəri hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Şəhərin İŞİD terror xəvaric qruplaşmasından azad olunması nəticəsində Türkiyə sərhədindən İŞİD terror xəvaric qruplaşmasının paytaxtı Rakka şəhərinə aparan yol tam nəzarətə alınıb.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)