Kürdlər İŞİD-in əsas hərbi bazasını ələ keçirib
689 dəfə baxılıb
Suriyanın şimalındakı kürd silahlıları deyir ki, onlar üsyançıların paytaxt elan etdikləri Raqqa şəhərindəki əsas hərbi bazasını ələ keçirib.
“Sələf Xəbər” BBC-yə istinadən məlumat verir ki, Kürd Xalq Müdafiə Hissələri (YPG) ABŞ-ın idarə etdiyi hava hücumları və digər üsyançı qruplar tərəfindən dəstəklənib.
Bu, kürd qüvvələrinin Suriya-Türkiyə sərhədlərini terrorçulardan boşaltmasından bir həftə sonra baş verib.
Bu addım İŞİD terror xəvaric qruplaşmasının əsas yardım yolunu kəsib.
Kürd qüvvələrinin sözçüsü Redur Xelilin bildirdiyinə görə, onlar 93-cü baza briqadasına, Livaya tam nəzarət edirlər.
Redur Xelil qeyd edib ki, YPG hazırda Raqqadan 50 km şimalda yerləşən Ain Issa şəhərinin ucqarlarındadır.
“Onlar – İŞİD terror xəvaric qruplaşması – məğlub olub”, – deyə o bildirib.
Raqqa, Suriya və İraqda özünü xilafət elan etmiş İŞİD terror xəvaric qruplaşmasının əsas güc mərkəzidir.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)