Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kürdlər Suriyada etnik təmizləmə aparır

İyun 16
15:20 2015

Onlar türkmənləri və ərəbləri evlərini tərk etməyə məcbur edirlər.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Tel-Abyad bölgəsini bombalayandan sonra 5 min 291 suriyalı Türkiyəyə sığınıb.

“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, qaçqınların 1591-i kişi, 1413-ü qadın, iki min 287-si isə uşaqdır. Xəbərdə bildirilib ki, ötən gün isə 291 nəfər İraqdan keçərək Türkiyəyə sığınıb.

Məlumata əsasən, koalisiya qüvvələrinin bombardmanından sonra Suriyada ərazilərə nəzarəti ələ keçirən kürd silahlıları etnik təmizləmə aparır. Onlar türkmənləri və ərəbləri evlərini tərk etməyə məcbur edirlər.

Son iki gündə kürd silahlılarının zülmündən isə Suriyadan on minə yaxın türkmən Akçakala sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçməyə məcbur olub.

Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.” (Müqəddəs Quran, “Maidə” surəsi, 33-cü ayə).
“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.
Bu cəza quldurlar üçün bu dünyada rüsvayçılıq və biabırçılıqdır. Axirət həyatında isə onları böyük bir cəza gözləyir. Buradan aydın olur ki, yollarda quldurluq etmək, insanları yer üzündə yaşadıqca rüsvayçılığa və öldükdən sonra isə cəzaya məhkum edən ağır günahlara aiddir və həm də belə rəftar etdikdə insan Allahla və Onun Elçisi (Allahın ona salavat və salamı olsun) ilə müharibəyə başlayır. Əgər bu cinayət bu qədər ağırdırsa, onda yer üzünü azğınlıq törədən şərəfsizlərdən təmizləmək, yollarda təhlükəsizliyi təmin etmək və insanları öz həyatı və əmlakı üçün qorxu hissi keçirməkdən xilas etmək ən böyük xeyirxah əməllərdən və Allahın bəyəndiyi ən gözəl işlərdəndir. Belə yaxşı əməllər yer üzündə əmin-amanlığı və doğruçuluğu təmin edir və yer üzündə fitnə-fəsadın yayılmasının əks göstəricisidir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər