Küveyt də İrandakı səfirini geri çağırdı
Yanvar 05
17:54
2016
653 dəfə baxılıb
Daha əvvəl Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik əlaqələrin kəsildiyini elan edib.
İranda Səudiyyə Ərəbistanının diplomatik missiyasına hücumdan sonra Küveyt də İrandakı səfirini geri çağırıb.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb.
Qeyd edək ki, Tehranda səfirliyinə hücumdan sonra rəsmi Ər-Riyad İranla diplomatik əlaqələrin kəsildiyini elan edib. Səudiyyə Ərəbistanının ardınca Bəhreyn və Sudan da əlaqələri tamamilə kəsməyə qərar verib. Birləşmiş Ərəb Əmirlikləri isə İranla diplomatik münasibətləri müvəqqəti işlər vəkili səviyyəsinə qədər azaltdığını bəyan edib.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)