Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Küveyt və Malaziya təyyarəsi faciədən döndü

Aprel 06
19:57 2015

Küveyt və Malaziya təyyarəsi Pakistan səmasında qaçılası mümkün olmayan toqquşmadan salamat çıxdı.

“Sələf Xəbər” “əl-Ənbə” qəzetinə istinadən xəbər verir ki, Pakistan hava yolları idarəsinin məsul şəxslərinin dediyinə görə, Küveyt hava yollarının təyyarəsi Beynəlxalq İslamabad aeroportuna yönəldiyi zaman London aeroportuna istiqamət alan Malaziya şirkətinin təyyarəsi Pakistanın cənub qərbində yerləşən Buluşustan bölgəsinin Zuhub məntəqəsində qarşılaşıb.

Məsul şəxslər bildiriblər ki, iki təyyarənin bir-birinə yaxınlaşması Zuhub məntəqəsindəki təyyarə seyrini yönəltmə və nəzarət radarlarının işarələrinin zəif olmasına görə baş verib. Lakin təyyarələr bir-biri ilə toqquşmayıb.

Pakistan KİV-i qeyd edib ki, hər iki təyyarənin Pakistan hava yolları idarəsinə verdikləri məlumata görə, toqquşmadan qurtulublar.

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz”. (Qurani-Kərim, “Təğabun” surəsi, 11-ci ayə)

Digər xəbərlər