Küveytdə 3 İŞİD terror xəvaric qruplaşmasının tərəfdarı həbs edilib
747 dəfə baxılıb
“Sələf Xəbər” www.saudigazette.com.sa saytına istinadən xəbər verir ki, Küveyt məhkəməsi qondarma “İslam Dövləti” terror xəvaric qruplaşmasının milliyyətcə ərəb olan 3 tərəfdarını həbs edib.
Məhkəmə küveytli şəxsi qruplaşmaya dəstək verdiyi və ictimai şəkildə Küveyt kralını təhqir etdiyi üçün 10 il azadlıqdan məhrum edib. Misirli və iordaniyalı İŞİD terror xəvaric qruplaşması tərəfdarları isə İŞİD-i təbliğ edən bukletlərin paylanmasına kömək etdikləri üçün 4 il həbs cəzası alıblar.
Məhkəmənin hökmünə qarşı şikayət irəli sürülə bilər, lakin hal-hazırda bu şəxslər həbsdədir. Bu, Küveyt məhkəməsinin, ABŞ-ın rəhbərliyi altında Suriya və qonşu İraqda hava hücumlarının hədəfinə çevrilmiş İŞİD terror xəvaric qruplaşmasının tərəfdarlarına qarşı ilk qərarıdır.
Hal-hazırda Küveyt məhkəməsi 2 bənzər hadisəni araşdırır. Sentyabr ayında bu Körfəz ölkəsinin ABŞ-ın rəhbərliyi altında terrorçulara qarşı qurulmuş koalisiya qarşısındakı öhdəliklərinə müvafiq olaraq ölkə polisi İŞİD terror xəvaric qruplaşmasının üzvü olmaqda təqsirli bilinən bir neçə nəfəri həbs edib.
Onlarla küveytli Suriyada prezident Bəşər əl-Əsəd rejiminə qarşı qiyama qalxmış qruplaşmaların tərkibində vuruşur. Münaqişələr zamanı bir neçə küveytli həlak olub.
Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir və əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir. Nümayiş və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”