Livan kəşfiyyatı İŞİD liderlərini həbs edib
711 dəfə baxılıb
Aprelin 8-də Livan kəşfiyyatı ölkənin Suriya ilə sərhədində 2 İŞİD terror xəvaric qruplaşması liderini həbs edib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Livanın Müdafiə nazirliyinin açıqlamasında bildirilir.
“Ordu qüvvələrinin köməyi ilə kəşfiyyat patrulu bir neçə maddə üzrə axtarışda olan suriyalı Nabil Əl-Saddik və livanlı Əli Əyubu yaxalayıb”, – açıqlamada qeyd olunur.
Livan KİV-lərinin məlumatına əsasən, yaxalananlar İŞİD terror xəvaric qruplaşmasının liderləri arasındadırlar. Onların başçılıq etdiyi dəstələr mütəmadi olaraq Livan-Suriya sərhədindəki postlara və yaşayış məntəqələrinə hücum edirlər.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)