Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Liviya böhranı: Benqazidə sakinlərdən mərkəzi ərazini tərk etmək xahiş olunub

Noyabr 04
22:05 2014

“Sələf Xəbər” bbc.co.uk saytına istinadən xəbər verir ki, Liviya ordusu, Benqazi şəhərinin mərkəzində yaşayan sakinlərdən, islamçılara qarşı irimiqyaslı əməliyyatın başlaması ilə əlaqədar evlərini tərk etmələrini xahiş edib.

Liman şəhəri olan Benqazidə son ay ərzində ordu, islamçılara qarşı hücumlar həyata keçirəndən bəri 200-dən çox adamın həlak olduğu xəbər verilir.

Müəmmar Qəddafi 2011-ci ildə devriləndən bəri Liviyada vəziyyət sabitləşmək bilmir. Bazar günü ordu rəsmisi şəhərin mərkəzi əs-Səbiri rayonunun sakinlərindən bazar ertəsi gündüz saatlarınadək ərazini tərk etmələrini xahiş edib.

Neftlə zəngin olan Liviyada müxtəlif qruplar, tayfalar və silahlı dəstələr arasında hakimiyyət uğrunda döyüşlər gedir; ölkə parçalanma, dağılma vəziyyətindədir.

Paytaxt Tripoli iyul ayında islamçıların əlinə keçdikdən sonra dünya tərəfindən tanınan, seçki yolu ilə yaradılmış hökumət Misirlə sərhədyanı bölgədə yerləşən Tobruk şəhərinə köçməli olub.

ABŞ-ın, Qərb ölkələrinin “qara siyahısına” düşən Ənsar əş-Şəria dəstəsi də daxil islamçı qruplaşmalar sahilyanı Derna şəhərində xilafətin yaradıldığını elan ediblər.

İndiki hökumət son dövrlərdə Liviyada üç şəhərə nəzarəti itirib:
– Tripolidə köhnə parlamentin bəzi üzvləri özləri hökumətlərini qurublar. Həmin hökumət xaricdə tanınmır.
– Ölkənin ikinci şəhəri olan Benqazi islamçı döyüşçülərin əlindədir. Həmin dəstələrdən bəziləri əl-Qaidə terror təşkilatı ilə bağlıdır. Demək olar ki, hər gün siyasətçilər, rəsmilər, fəallar qətlə yetirilir.
– Ölkənin əsas sənaye limanı və üçüncü şəhəri saylan Misratada yerli silahlı dəstələr Tripolidəki rəsmilərə dəstəyini bildirib.

 Sələf Xəbər: Bu kədərli fakt inqilabların, ümumiyyətlə, xeyir gətirmədiyinin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.

Görkəmli İslam alimi, şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir. Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur. Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Buluğ al-Məram”).

Digər xəbərlər