Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Liviya ən çətin günlərini yaşayır

Sentyabr 26
17:10 2014

“Sələf Xəbər” Anadolu Ajansı-na istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında təşkil olunmuş yüksək səviyyəli görüşdə çıxış edən BMT baş katibi Pan Gi Mun, Liviyanın 2011-ci il çevrilişindən sonra başlayan siyasi keçid dövründə “ən çətin problemlərlə üzləşdiyini” bildirib.

Türkiyəni təmsil edən Daxili İşlər naziri Mevlut Çavuşoğlunun da qatıldığı görüşdə, yüksək səviyyəli nümayəndə heyətlərinə üz tutan baş katib Pan Gi Mun bildirib: “Liviya keçən aylar ərzində silahlı qruplaşmaların səbəb olduğu hədsiz dərəcədə şiddətin şahidi olub”. Baş katib Liviyada bu günə qədər 300 mindən çox insanın yerlərindən didərgin düşdüyünü, ölkədə hava limanlarının, hökumət binalarının və digər əhəmiyyətli tikililərin məhv edildiyini vurğulayıb.

Pan Gi Mun BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) da daxil olmaqla, beynəlxalq missiyaların ölkədən çıxmaq məcburiyyətində qaldığına baxmayaraq, BMT-nin Şəxsi Nümayəndəsi Bernardino Leonun Liviyada tərəflər arasında danışıqlar apardığını və ölkənin tək çıxış yolu olan dialoq və sülhə təşviq etməyə davam edəcəyini vurğulayıb.

 Sələf Xəbər: Bu kədərli fakt inqilabların, ümumiyyətlə, xeyir gətirmədiyinin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.

Görkəmli İslam alimi, şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir. Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur. Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Buluğ al-Məram”).

Digər xəbərlər