Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Liviyada bir həftədə 180 nəfər ölüb

Avqust 04
17:26 2014

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Liviyada son bir həftə ərzində hökumət qüvvələri ilə terrorçular arasında gedən döyüşlərdə 180 nəfər ölüb.

Bu barədə Liviyan Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Benqazidə “Ənsar-əş-Şaria” qruplaşmasının silahlıları general Xəlifə Xəftara tabe olan “Əs-Saika” bölüyünün qərargahını ələ keçiriblər. Bundan sonra xüsusi təyinatlılar əks-hücuma keçib və nəticədə şəhər qızğın döyüş meydanına çevrilib.

Silahlılar Benqazidə “əmirlik” yaratdıqlarını elan etsələr də, əks tərəf bunu təkzib edir və şəhərin tamamilə hökumətin nəzarətində olduğunu bildirir.

“Qəlbim əlində olan Allaha and olsun ki, ölən nə üçün öldürdüyünü, öldürülən də nə üçün öldürüldüyünü bilmədikcə Qiyamət qopmaz”. Biz: “Bu necə olacaq?” deyə soruşduq. O: “Bu elə qətllər olacaq ki, ölən də öldürülən də Cəhənnəmə düşəcək”. (Nəvəvi Şərhi, Müslim “Fitən” 18/35)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər