Liviyada silahlılar neft yatağını ələ keçirib
814 dəfə baxılıb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Liviyada bir qrup silahlı Əl-Şarara neft yatağını ələ keçirib.
Yataqda işlər dərhal dayandırılıb. Şahidlərin sözlərinə görə, ərazidə atəş səslər eşidilir. Hadisənin digər təfərrüatları məlum deyil.
Qeyd edək ki, Əl-Şarara neft yatağında gündə 200 min barel neft hasil olunur. Xatırladaq ki, bundan əvvəl toqquşmalar nəticəsində Benqazi şəhərindəki ticarət limanı bağlanıb.
Sələf Xəbər: Bu kədərli fakt inqilabların, ümumiyyətlə, xeyir gətirmədiyinin, bir qayda olaraq, qanın axıdılması və vətəndaşların rifahının dağıdılması şəklində anarxiya ilə nəticələnməsinin aşkar sübutudur.
Görkəmli İslam alimi, şeyx Useymin (Allah ona rəhmət etsin) deyirdi: “İnsanlar İslama kömək etmək arzusu, və rəhbərlərinin zəlalətdə və ya küfrdə olması bəhanəsi altında öz hökumətinə qarşı çıxdığı vaxt, görürük ki, belə çıxışlar baş verdikdə, əksinə, vəziyyət pisləşir, bu insanların istədiyi gözləntilər baş vermir. Hər şey əvvəlkindən daha da pisləşir.
Bu dediklərimizə çox da dəlil sübut axtarmağa ehtiyac yoxdur. Sadəcə bu çevrilişlərin və inqilabların baş verdiyi bütün ölkələrə baxın. İndi orada camaat hər şeyin əvvəlki kimi olmasını arzu edir.” (Dinlə “Şərh Buluğ al-Məram”).