Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Liviyada terror aktı: 4 ölü

Oktyabr 11
20:13 2014

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Liviyanın Benqazi şəhərində törədilən terror aktı nəticəsində 4 nəfər ölüb, onlarla adam xəsarət alıb.

Məlumatı ərəb KİV-ləri yayıb.

İlkin məlumatlara əsasən, minalanmış avtomobil şəhərin mərkəzində yerləşən mehmanxananın girişində partladılıb.

 Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi, mərhum Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər