Liviyada terror aktı törədilib
Oktyabr 29
20:44
2014
782 dəfə baxılıb
“Sələf Xəbər” Ummaİnfo-ya istinadən bildirir ki, dünən Liviyanın şərqində yerləşən Tobruk şəhərində, dövlətin Təhlükəsizlik üzrə İdarəsinin binası yaxınlığında partlayıcı maddə quraşdırılmış avtomobil partladılıb.
Terror aktında ölənlər haqqında məlumat verilir, lakin onların sayı dəqiqləşdirilmir.
Xatırladaq ki, hazırda Tobrukda Nümayəndələr Palatasının (Parlament) və Abdulla Əbdürrəhman ət-Taninin hökumətinin qərargahı yerləşir. Radikal islamçılar Liviyanın paytaxtı Tripolini və böyüklüyünə görə ölkənin ikinci şəhəri olan Benqazini işğal etdikdən sonra onlar Tobruka köçməyə məcbur olmuşdu.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).