Liviyada Tunis konsulluğuna basqın olunub
648 dəfə baxılıb
Liviyanin paytaxtı Tripolidəki Tunis konsulluğunda işləyən 10 nəfərin, kimliyi hələ müəyyən olunmayan silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilib.
“Sələf Xəbər” Haber7.com-a istinadən bildirir ki, diplomatik mənbələrdən alınan məlumata görə, silahlı qrup tərəfindən Tunis konsulluğuna basqın təşkil edilib. Hücumun ardından 10 nəfər konsulluq əməkdaşı, silahlı şəxslər tərəfindən qaçırılaraq bilinməyən bir yerə aparılıb.
Hadisə ilə bağlı Tunis və Liviya orqanları tərəfindən hələ ki, rəsmi bir açıqlama edilməyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)
“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.
Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur”. (Bax: “Təfsir Əs-Saadi”)