Liviyadakı dəhşətli partlayışda 65 nəfər həyatını itirib
Yanvar 07
17:33
2016
621 dəfə baxılıb
Liviyanın Zliten şəhərindəki təlim düşərgəsində dəhşətli partlayış törədilib.
“Sələf Xəbər” Modern.az-a istinadən xəbər verir ki, bomba ilə yüklənmiş avtomobil düşərgədə 100 hərbçi məşq keçərkən partlayıb.
Son məlumatlara görə terror aktı zamanı 65 nəfər həlak olub, 100-dən artıq insan isə yaralanıb.
Ölənlərin sayının artacağı ehtimal olunur. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)