Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Lövhələr üzərində Quran təhsili – VİDEO

Fevral 07
17:02 2015

“Peyğəmbərimiz Məhəmmədin (Allahın ona salavat və salamı olsun) sünnəsinə uyğun təhsil verməyə çalışırıq”.

“Sələf Xəbər” Anadolu Agentliyinə istinadən bildirir ki, Seneqalın paytaxtı Dakardan 20 kilometrlik məsafədə yerləşən Ərəfat bölgəsindəki məktəblərdə uşaqlar, Quran oxumağı ibtidai şərtlərdə öyrənir. Əhalisinin 92 % -i müsəlman olan Seneqalda 5 ilə 17 yaş arasındakı uşaqlar, Qurani-Kərimi taxta lövhələr üzərindən öyrənməyə çalışır. Olduqca maddi sıxıntı içində dərs keçən şagirdlər, bu lövhələr üzərində yazmaq üçün qələm yerinə kömür parçalarından istifadə edir. Lövhə üzərinə yazılan ayələr əzbərləndikdən sonra silinir və yerinə yeni dərs yazılır.

Təxminən, 7 ildir ki, məktəbdə dərs keçən Osmani Sou, bütün imkansızlıqlara rəğmən “Peyğəmbərimiz Məhəmmədin (Allahın ona salavat və salamı olsun) sünnəsinə uyğun təhsil verməyə çalışırıq”, – deyə bildirib.

🎬

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədən kimsələrdir”. (Əl Buxari).

Təqdirəlayiqdir ki, öz böyük həcmi və dərin müdrik mənasına baxmayaraq, digər dini və dünyəvi kitablar kimi səhifələrdə yox, Quran əsrlər boyunca milyonlarca müsəlmanın ağlında və ürəyində qorunur. Bütün dünyada milyonlarla müsəlman (cavandan tutmuş yaşlıya qədər) cildli halda 600-dən çox səhifəsi olan Quranı əzbər bilir (114 surədən və 6200-dən çox ayədən ibarət). Quranı-Kərimin əzbərlənməsi üzrə ixtisaslaşdırılmış mərkəzlərdə oxuyanlar bir qayda olaraq onu 2 ilə əzbərləyirlər (orta hesabla gündə 1 səhifə əzbərləməklə), bəzi mərkəzlərdə isə əzbər üzrə sürətləndirilmiş kurs, hətta, 2-4 aya baş verir. Müsəlman aləmində başlanğıcı 1400 il bundan əvvəl, hələ Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sağlığında qoyulmuş bu təcrübə hələ bu günə qədər də böyük nəsildən kiçik nəslə ötürülür. Bunun mümkün olmasının səbəbi, Quranın fani bir insan tərəfindən yazılmış kitab deyil, Kainatın Yaradıcısının özünün insanlara göndərdiyi açıq-aydın Vəhy və doğru yoldur.

Digər xəbərlər