M. Görməz: “Dünyada 12 milyon müsəlman öldürüldü, amma…”
875 dəfə baxılıb
Türkiyə dini işlər idarəsinin rəhbəri bildirib: “Dünyada 12 milyon müsəlman öldürüldü, heç kimin səsi çıxmadı”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Dini İşlər İdarəsinin (Diyanət) rəhbəri Mehmet Görməz deyib. Fransadakı terrordan sonra Avropada İslama qarşı aqressiyanın artmasına toxunan M. Görməz bildirib: “12 milyon müsəlmanın qətlinə səs çıxarmayan insanların 12 nəfərə qarşı cinayətə görə birdən ayağa qalxmasını ibrətlə izlədik”.
M. Görməz bəyan edib ki, “Charlie Hebdo”ya olan hücumu heç bir mömin qəbul edə bilməz. O qeyd edib ki, İslam məsum insanların öldürülməsini bütün bəşəriyyəti öldürməyə bərabər sayır: “Son hadisələrdən bəşəriyyət nəticə çıxarmalıdır. Biz dünyada yaşanılan acı və iztirabların üzərinə mərhəmətlə, ədalətlə getməliyik”.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.” (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)