Mal əti yemisən deyib öldürdülər
768 dəfə baxılıb
“Sələf Xəbər”in “alarabiya”ya istinadən məlumatın görə 2015-ci il sentyabr ayının 29-da 6000 hindus ailəsi arasında yaşayan hindistanlı kasıb bir müsəlman ailə inək əti yeməkdə ittiham olunaraq kənd əhalisinin hücumuna məruz qalmış, 50 yaşlı ev sahibi Muhəmməd Əxlaq döyülərək qətlə yetirilmişdi. Bir neçə ay davam edən araşdırmadan sonra məlum olub ki, qətlə yetirilən Muhəmməd Əxlaq əsla mal əti yeməyibmiş. Nə onun evində, nə də tibbi analizlərin nəticəsində onun mal əti yediyi isbat olunmayıb. Onun yediyi keçi əti olubmuş.
Bu haqda məlumatı “Times of India” saytı da məlumat yayıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)