Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Malavidə 170 nəfər təbii fəlakətin qurbanı olub

Yanvar 17
15:46 2015

Malavidə davam edən şiddətli yağış və daşqınlar nəticəsində 170 nəfər həyatını itirib.

“Sələf Xəbər”in Apa-ya istinadən verdiyi xəbərə görə, 100 mindən çox insan isə yaşadığı evləri tərk etmək məcburiyyətində qalıb.

Malavinin Prezidenti Piter Mutarika ölkənin üçdə bir hissəsini fəlakət zonası elan edib və beynəlxalq yardım istəyib. Daşqınlardan qonşu Mozambikə də zərər dəyib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax, buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir.
Bu ayədə Allah bildirir ki, Onun qulları düşmənləri və aclıq qarşısında qorxu hissi ilə sınaqdan keçirlər, özü də bu zaman qorxu və aclıq çox cüzi olur, çünki əks halda möminlər həlak ola bilərlər. Lakin onların qismətinə düşən sınaq onları məhv etməyə deyil, onların sıralarını təmizləməyə yönəldilir.
Bununla yanaşı, Allah Öz qullarını var-dövlətini, adamlarını və məhsullarını itirməklə də sınaqdan keçirir. Var-dövlətin itirilməsi dedikdə, insanın maddi rifahına zərbə vuran hər hansı hadisə nəzərdə tutulur. Bu, təbii fəlakət, daşqın, itki, yolda soyğunçuluq və digər bədbəxtliklər ola bilər”. (Bax:“Təfsir Əs-Saadi”)

Digər xəbərlər