Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Malayziya İsrail bayrağına və himninə “Yox” dedi

Yanvar 01
17:55 2016

Malayziya dövləti “vindsurfing” üzrə beynəlxalq idman yarışlarında iştirak etmək üçün ölkəsinə gəlmək istəyən iki israil idmançısına viza verməkdən imtina edib.

“Sələf Xəbər”in Ansar.ru-ya istinadən xəbərinə əsasən, Malayziyanın İdman və Gənclər naziri Xeyri Cəmaləddin bildirib ki, beynəlxalq idman yarışında iştirak edəcək İsrail idmançıları onların bayraq və himni ilə bağlı qoyduqları qaydalarla razılaşmadıqları üçün vizadan məhrum olublar.

Belə ki, Malayziya dövləti idmançılara İsrailin bayrağını və onların dövlət rəmzlərini əks etdirən geyimləri istifadə etməmək haqqında tələb irəli sürüb. Malayziya dövləti onu da bildirib ki, hətta idmançılar qızıl medal qazansalar belə, bu ölkədə İsrail himni səslənməyəcək.

Malayziyanın şimalında yerləşən Langavi adasında keçirilən yarışda dünyanın 50 ölkəsindən gəlmiş idmançılar iştirak ediblər. İsraili təmsil edəcək idmançılar Yoav Omer, Noy Drihan və onların məşqçiləri Meir Yaniv Malayziya dövlətinin tələblərinə rədd cavabı verdikləri üçün bu yarışlarda iştirak edə bilməyiblər.

Xatırladaq ki, Malayziya və İsrail dövlətinin rəsmi diplomatik əlaqələri yoxdur. Buna səbəb isə İsrailin Fələstin ərazisini və xalqını işğal vəziyyətində saxlamasıdır.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, hələ 2015-ci il oktyabrın 1-dən dekabrın 25-ə qədər İsrail tərəfdən 26-sı yetkinlik yaşına çatmayan uşaq, 6 nəfəri isə qadın olmaqla 134 fələstinli amansızcasına qətl edilmişdir.

Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).
Bir ölkəni işğal edib, torpaqları qəsb edib oradakı insanları öz vətənindən və torpağından məhrum etməkdən daha böyük haqsızlıq nə ola bilər.
Azərbaycan xalqı artıq belə bir hadisə ilə qarşılaşdığı üçün bu hisslərin nə olduğunu hər bir azərbaycanlı yaxşı bilir.
Torpaqlarımızın 20%-i təcavüzkar ermənilər tərəfindən işğal edilmiş, bir milyona yaxın insan öz doğma yurdundan didərgin düşmüşdür.
Əlbəttə bu haqsızlıq yerdə qalan deyil. Bir gün buna görə cavab verməli olacaqlar.
Uca Allah zalıma möhlət verir, amma zalımı heç vaxt unutmur. Məqamı gələndə onu layiqli hesaba çəkir.

Digər xəbərlər