Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Malayziya Myanmadan olan rohinca qaçqınlarını sığınacaqla təmin edəcək

Sentyabr 08
19:38 2017

Malayziya hökuməti Myanma qaçqınlarına – rohinca etnik azlığının nümayəndələrinə müvəqqəti sığınacaq verəcək.

Selefxeber.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın Gəmiçilik Agentliyinin rəhbəri Zülkifli Abu Bakar məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə dəniz yolu ilə gələn qaçqınların Malayziyadan növbəti hərəkət üçün lazımi yardım alacağı planlaşdırılsa da, amma sonradan plan dəyişib.

Agentlik rəhbəri həmçinin qaçqınların çox güman, adətən sənədsiz əcnəbilərin yaşadığı xüsusi immiqrasiya mərkəzlərinə yerləşdiriləcəyini bildirib.

Qeyd edək ki, Malayziya Qaçqınların statusu haqqında Konvensiyaya qoşulmayıb və bu səbəblə onları qeyri-qanuni miqrant hesab edir.

Digər xəbərlər