Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Malayziyada ilk İslam aviaşirkəti fəaliyyətə başlayıb

Dekabr 22
15:12 2015

Malayziyanın İslam qaydaları əsasında fəaliyyət göstərən ilk aviaşirkəti olan “Rayani Air” 20 dekabr tarixində ölkənin paytaxtı Kuala-Lumpur şəhərindən Lanqkavi adasına şəriət qaydalarına uyğun olaraq ilk uçuş reysini həyata keçirib.

“Sələf Xəbər”in “MuslimEco”-ya istinadən məlumatına əsasən, təyyarədə sərnişinlərə halal yeməklər və spirtsiz içkilər verilib.

Aviaşirkətin idarə rəhbəri Cəfər Zamharinin sözlərinə görə, təyyarədə sərnişinlərə xidmət edən ekipaj üzvlərinin əksəriyyəti müsəlman olduğu üçün stüardessa qadınlar hicablı, müsəlman olmayan üzvləri isə daha qapalı və sadə geyimdə xidmət göstərirlər. Hər uçuşdan öncə ekipaj üzvləri təhlükəsiz uçuş üçün Allaha dua edirlər.

“Biz şəriət qaydalarına riayət edən ilk aviaşirkətik və biz bununla fəxr edirik” – deyə, aviaşirkət rəhbəri bildirib.

Onu da qeyd etdək ki, 2016-cı ildə Britaniyaya məxsus “Firnas Airways” adlı aviaşirkət də şəriət qaydalarına uyğun olan uçuş reysləri təşkil etmək niyyətindədir.

Sələf Xəbər: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.” (Müqəddəs Quran, “Nəhl” surəsi, 114-cü ayə)

Digər xəbərlər