Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Malayziyada İŞİD ilə əlaqəyə görə 13 nəfər həbs edilib

Oktyabr 17
10:54 2014

“Sələf Xəbər”-in posta.com.tr saytına istinadən məlumatına görə, Malayziyada İŞİD terror xəvaric qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 13 nəfər həbs edilib.

Malayziya polisi aprel ayından bəri İŞİD terror xəvaric qruplaşması ilə əlaqəli olaraq həbs edilənlərin sayının 36-ya çatdığını bildirib. Polis məmuru Xalid Əbu Bəkər şübhəlilərin paytaxt Kuala Lumpurdan 25 kilometr qərbdə yerləşən Şah Ələm şəhərində həbs olunduğunu bildirərək, terrorla mübarizə mövzusunda əllərindən gələni etdiklərini söyləyib.

Bəkər “Bu ölkədə terrora yer yoxdur” deyib. Avqust ayında İŞİD terror xəvaric qruplaşması terrorçularının Malayziya, İndoneziya və Tailanddakı bar, diskoteka və pivə fabriklərinə bombalı hücumlar həyata keçirmək məqsədilə planlar qurduğu məlum olub. Malayziyadakı döyüşçülərin qonşu ölkələr Tailand, İndoneziya və Filippindəki radikal qruplaşmalarla güclü əlaqələri olduğu güman edilir.

 Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.

XX-ci əsrin böyük alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: “Rəhbərin icazəsi olmadan müsəlmanların cihada getməsi icazəlidirmi? Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?”

O belə cavab vermişdir: “Rəhbərin icazəsi olmadan cihada getmək olmaz. Çünki şəriətdə müəyyən olunub ki, bu məsələdə məhz rəhbər qərar qəbul edir. Rəhbərin icazəsi olmadan cihada çıxmaq, onun haqının tapdalanmasıdır və anarxiya, yalnız Allaha məlum olan şərli nəticələrə səbəb olur. “Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” sualına gəldikdə isə, cavab belədir: Bəli, bəzən düşmən qəfil hücum etdikdə, müdafiə olunmaq və vuruşmaq müsəlmanlara vacib olar” (“Məcmu əl-Fətəva və ər-Rəsaail”).

Digər xəbərlər