Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Malidə hotelə hücumu “Əl-Qaidə” təşkil edib

Noyabr 21
15:43 2015

“Əl-Qaidə” Malinin paytaxtı Bamakoda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, hücum “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” və “Əl-Murabitun” silahlıları tərəfindən birgə təşkil olunub.

Xatırladaq ki, noyabrın 20-də Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılıb. Son məlumatlara əsasən hadisə nəticəsində 27 nəfər ölüb.

Sələf Xəbər: Məşhur İslam alimi, böyük hədisşünas Əbdül Mühsin əl-Abbaddan (Allah onu qorusun) Əl-Qaidə qruplaşmasının üzvləri barəsində demişdir: “Onlar – şeytanın yolunda mücahiddirlər (vuruşanlardır)!”

XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər