Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Maliki Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham etdi və cavabını aldı

Avqust 19
17:02 2015

İraqın keçmiş Baş naziri Nuri əl-Maliki İranın paytaxtı Tehranda keçirilən bir konfransda Türkiyəni İŞİD terror xəvaric qruplaşmasına dəstək verməkdə ittiham edib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Maliki İŞİD terror xəvaric qruplaşmasının İraq ərazilərini, o cümlədən Mosul şəhərini ələ keçirməsində Türkiyənin rolu olduğunu deyib.

İttihamlarla bağlı Türkiyə Xarici İşlər nazirliyi yazılı açıqlama yayıb. Açıqlamada deyilir:

“Apardığı mürtəce, ayrı-seçkilik siyasətinə görə, İraqın bu gün düşdüyü böhranın baş memarı olan keçmiş Baş nazir Malikinin ölkəmizi İŞİD terror xəvaric qruplaşmasına dəstək olmaqla ittiham edən ağıldankəm sözlərini ciddiyə almamaq lazımdır.

Mosul ələ keçirilən zaman Malikinin əmrindəki 70000 nəfərlik ordu sayı 1500 nəfər olan İŞİD terror xəvaric qruplaşmasına bir günün içində təslim edərək qaçıb. Mosulun itirilməsinin ən əsas səbəbkarının bu zatın özü olduğunu xatırlatmaqda fayda var.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər