Mədən qəzasından qurtuldu, avtomobil qəzasında öldü
858 dəfə baxılıb
“Sələf Xəbər” ensonhaber.com saytına istinadən xəbər verir ki, bu ilin may ayında Türkiyənin Manisa əyalətinin Soma rayonunda kömür mədənində baş vermiş yanğından sağ çıxan 26 yaşlı Özcan Dəmirəl və onun həyat yoldaşı 25 yaşlı Yasemin Dəmirəl Kırkağac şəhərində avtomobil qəzası nəticəsində həlak olublar.
Gənc mədənçi və həyat yoldaşının cənazəsi Balıkesir əyalətinin Dursunbey rayonunda Hondular Məhəlləsində torpağa tapşırılıb.
Cənazə namazından əvvəl halı pisləşdiyi üçün mərhum mədənçinin qardaşı Sadık Dəmirəl xəstəxanaya yerləşdirilib. Mədənçinin atası Mehmet Dəmirəl isə üzüntüdən güclə ayaq üstə dura bilib.
Cütlüyün 3 aylıq oğlu Mehmet Can Dəmirəlin qəzada ağır yaralandığı və Ege Universitetinin reanimasiya şöbəsində həyatla mübarizə apardığı bildirilib.
Qəzada həlak olmuş mədənçi Özcan Dəmirəl Soma kömür mədənində baş vermiş faciə zamanı sağ qurtulduqdan sonra mədəndə çalışmağa davam edirdi.
“De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər…””
Qurani Kərim, “Ali İmran” surəsi, 154-cü ayə