Mədinə hava limanı ilk hacı karvanını qəbul edib – FOTO
799 dəfə baxılıb
Bu gün Hindistandan həcc mərasiminə gələn ilk həcc qafiləsi Mədinə şəhəri Muhəmməd bin Əbdüləziz adına Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılanmışdır. İlk qafilənin qarşılanma mərasimində hökumət adamları, aidiyyatı qurumlar və Hindistan səfirliyinin nümayəndələri iştirak etmişlər.
Allahın evini həcc etməyə gələn “Allah qonaqları” gül-çiçək dəstələri, müxtəlif hədiyyələrlə qarşılanmışdır.
Bu il həcc müvsimi ərzində təyyarə səfərlərinin sayı 1480 səfərdən çox olacaqdır. Bu isə əvvəlki illərlə müqayisədə 5% çoxdur.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayə).
“Allah üçün həcc və ümrəni tam yerinə yetirin.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 196-cı ayə).
Məhəmməd Peyğəmbər (ona salavat və salam olsun) demişdir: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari).