Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Mədinə ilə Məkkə arasında qatar xətti açıldı

Yanvar 30
18:16 2015

“Sələf Xəbər” www.saudigazette.com.sa saytına istinadən xəbər verir ki, Mədinə qataryolu stansiyası tərəfindən xəttə buraxılmış yeni qatarlar bu həftənin çərşənbə axşamı Ciddəyə yola düşüb.

Yoldan ötən insanlar heyranlıqlarını gizlədə bilməyərək yeni qatarın şəkillərini və videogörüntülərini qeydə alıblar. Şirkət nümayəndəsi Ciddə İslam Limanına çatan qatarların sayının 14 olduğunu bildirib.

Texniki heyət böyük açılış günündən əvvəl qatarların sınaqdan keçirilməsi ilə məşğuldur. O, həmçinin, öz sözlərinə əlavə edib ki, Məkkə, Ciddə, Rabi və Mədinə stansiyaları 90% istismara hazırdır.

Yeni qatar yolunun uzunluğu, təqribən, 450 km-dir. Layihə çərçivəsində ölkənin Məkkə və Mədinə regionları arasında sürətli daşımaları asanlaşdırmaq məqsədilə innovativ inkişafa nail olunması nəzərdə tutulub.

 Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib.

Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.” (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin, xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Qurani-Kərimdə Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin.”

Hələ bundan əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta, aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.

Digər xəbərlər