Mədinə terrorunu törədənin kimliyi məlum oldu – FOTO
1. 256 dəfə baxılıb
Nair Muslim Həmmad ən-Nəcidi əl-Bələvi, səudiyyəlidir, iyirmi altı yaşı var, narkotik istifadəçisi olub.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi Mədinə və Qatif şəhərlərində intihar edən terrorçuların kimliyi haqqında məlumat yaymışdır.
Al-Arabiyyanın məlumatına görə Mədinə şəhərində intihar edən terrorçu Nair Muslim Həmmad ən-Nəcidi əl-Bələvidir.
Qatif şəhərində məsciddə intihar edən terrorçular isə bunlardır:
1. Əbdürrəhman Saleh Muhəmməd əl-Umər, 23 yaşı var. Terrorçuluqda ittiham olunanların azad edilməsi şüarı ilə iki il öncə keçirilmiş nümayişlər zamanı saxlanılmış, dindirildikdən sonra sərbəst buraxılmışdır.
2. İbrahim Saleh Muhəmməd əl-Umər, 20 yaşı var.
3. Əbdülkərim İbrahim Muhəmməd əl-Həsəni, 20 yaşı var.
Adı çəkilənlərdən heç biri şəxsiyyət vəsiqəsi almamışdır.
Ümumilikdə Mədinə, Ciddə və Qatif şəhərlərində törədilən terror hadisələrinə görə 19 nəfər, 9-u səudiyyə, 12-si pakistan vətəndaşı həbs edilmişdir.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).