Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Məkkə 20 ildən sonra belə olacaq – FOTO

Sentyabr 30
17:21 2014

“Sələf Xəbər” anspress.com-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı kralının təlimatı ilə Kəbənin ətrafı genişləndiriləcək. Xəbərə görə, 10 il əvvəl Osmanlı dövründən qalma Əcyad qalasının dağıdılaraq yerində inşa edilən Əl-Baid qüllələri də söküləcək.

20 il sonra layihə çərçivəsində inşası müzakirələrə səbəb olan “Zəmzəm qüllələri” adı verilən Əl-Baid qüllələri tamamilə aradan qaldırılacaq. Hər il milyonlarla müsəlmana ev sahibliyi edən Məkkədə layihə çərçivəsində davam edən işlər nəticəsində müqəddəs məkanın ətrafı xeyli dəyişəcək və o, 2035-ci ildə gördüyünüz kimi olacaq.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkə barəsində demişdir: “Allaha and olsun ki, sən Allahın ən xeyirli və ən sevimli diyarısan. Əgər tayfam məni buradan çıxarmasaydı, mən buradan çıxmazdım.” (Əhməd, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir).

Digər xəbərlər