Məkkə “ağıllı texnologiyalar” şəhərinə çevriləcək
787 dəfə baxılıb
Səudiyyə Ərəbistanı Kralının məsləhətçisi və Məkkə şəhərinin əmiri Xalid əl-Feysəl Müqəddəs Məkkənin modernləşdirilməsi layihəsini təsdiq edib.
“Sələf Xəbər” məlumat verir ki, layihəyə əsasən, Məkkə “ağıllı texnologiyaların” tətbiqinin geniş şəkildə istifadə edilə biləcəyi bir məkana çevriləcək.
“2017-ci ildə layihənin reallaşması və Məkkə şəhərini dünyanın hər hansı digər şəhərlərindən daha da üstün vəziyyətə gətirmək üçün bütün qabaqcıl texnologiyalardan istifadə ediləcək.
Şəhərdə yeganə koordinasiya mərkəzi yaradılması nəzərdə tutulur ki, bunun da sayəsində dövlət orqanları və şəhər vətəndaşları bir-biri ilə internet vasitəsilə qarşılıqlı fəaliyyət göstərə biləcək. Eləcə də, hakimiyyət sosial şəbəkədən istifadə edərək, işçilərin səmərəliliyinə nəzarət etmək üçün elektron monitorinq sistemi tətbiq etməyi planlaşdırır.
Məkkə müsəlmanların müqəddəs şəhərdir. Hər il milyonlarla insan müxtəlif yerlərdən bu şəhərə Həcc ziyarəti üçün gəlir. Artıq 2017-ci ildə şəhərin tamamilə alternativ enerji mənbələrinə keçidi də gözlənilir.
Mənbə: Ansar.ru
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir (Məkkədir)! Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 96,97-ci ayələr)
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkə barəsində demişdir: “Allaha and olsun ki, sən Allahın ən xeyirli və ən sevimli diyarısan. Əgər tayfam məni buradan çıxarmasaydı, mən buradan çıxmazdım”. (Əhməd, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)