Məkkə biznes-turizm mərkəzinə çevriləcək
1. 554 dəfə baxılıb
Ekspertlərin rəyinə görə, Məkkə şəhərinin yaxın gələcəkdə təşkilati və korporativ tədbirlərin, görüşlərin keçirildiyi böyük bir turizm mərkəzinə çevriləcəyi gözlənilir.
Müqəddəs Məkkə şəhəri hər zaman dini həcc mərkəzi olsa da son illərdə bir çox xarici şirkət və dövlət qurumları Səudiyyə Ərəbistanına ümrə ziyarəti ilə yanaşı, kiçik biznes fəaliyyəti üçün də səfər etməyə üstünlük verirlər. Xüsusilə, hökümət təşkilatları və əczaçılıq şirkətləri Məkkə şəhərində işgüzar tədbirlərin keçirilməsinə olduqca maraq göstərirlər. Bir qayda olaraq, bu kimi işgüzar fəaliyyətlər üçün səfərlər ümrə ziyarəti ilə birləşdirilir.
Selefxeber.az-ın “Al Arabiya“-ya istinadən məlumatına görə, Məkkədə əsasən idarə heyəti üzvləri və səhmdarların illik iclaslarının keçirilməsi artıq ənənəvi hala çevrilib.
Mütəxəssislərin fikrinə görə, artıq 2020-ci ildə Səudiyyə Ərəbistanı Yaxın Şərq ölkələri üçün keçirilən konfrans və sərgilərin mərkəzinə çevriləcək.
Sələf Xəbər: Uca Allah İbrahimin (Əleyhissəlam) dilindən belə buyurur: “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!” (İbrahim surəsi, 37-ci ayə).