Məkkə ilə müqəddəs əraziləri tunellər birləşdirəcək
Noyabr 18
17:21
2016
1. 096 dəfə baxılıb
Məkkə şəhərinin səlahiyyətli nümayəndələri “Əl-Haram” məscidindən Camarata qədər uzanacaq, eləcə də Arafat, Camarat, Mina və Müzdəlifəni birləşdirəcək yeni tunellərin tikilməsi planını təsdiqləyiblər.
Selefxeber.az-ın marwa.ru-ya istinadən məlumatına görə, bu barədə şahzadə Xalid əl-Feysəl, Məkkə əmirinin və İki Müqəddəs Məkanın Xadiminin məsləhətçisi ilə Ciddə şəhərində keçirilən görüşü zamanı razılığa gəlinibdir. Görüşdə Həcc və Ümrə naziri Muhamməd Bantan da iştirak edib.
Tunellərin layihə planı təsdiq edilmək üçün ən sonda Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləzizə təqdim olunacaq.