Məkkə imamı hacılara hədiyyə təqdim etdi – FOTO
1. 351 dəfə baxılıb
Selefxeber.az-ın ərəb mətbuatına istinadən məlumatına görə Məkkə şəhəri əl-Həram məscidinin imamı Professor Şeyx Feysəl bin Cəmil əl-Ğəzavi Allahın evini ziyarətə gələn hacılara hədiyyələr təqdim etmə mərasimində iştirak etmişdir. “Hacılara xidmət etmək bizim üçün şərəfdir!” – şüarı altında digər vəzifəli və məsul şəxslər, o cümlədən Şəriət Polisləri də hacılara hədiyyələr təqdim etmə mərasimində iştirak ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Müqəddəs Quran, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”)