Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Məkkə və Mədinə şəhərlərinə leysan yağışları yağır – FOTO

Sentyabr 02
19:23 2016

Bu günlərdə Məkkədə yağan leysan yağışları hamının diqqətini Müqəddəs şəhərə yönəldib. Yaxın günlərdə dünyanın hər yerindən milyonlarla zəvvar qəbul edəcək Məkkə şəhərində bir neçə gündür ki, leysan yağışları ara vermədən yağır.

Temperaturun aşağı düşməsi ilə müşayət olunan yağışlı hava hacıları dözülməz istilərdən bir müddət qoruyacaq.

Mədinə şəhərində isə bu gün səhər saatlarında güclü külək və qum qasırğası olmuşdur. Külək bəzi yerlərdə fəsadlar törətmişdir. Daha sonra isə güclü yağış yağmışdır.

Xatırladaq ki, sinoptiklər Həcc mövsümünün isti keçəcəyi barədə xəbərdarlıq ediblər. Yaxın Şərq və Səudiyyə Ərəbistanında Həcc mövsümü boyunca havanın temperaturunun 50 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

📷

57c993a60de18

57c9936311e03

57c963775fa72

57c9936c5b5bd

57c98c37d3357

57c98c4c1786c

57c98c3b38b3d

Digər xəbərlər