Məkkə və Mədinədə əlil zəvvarlar üçün bir çox rahatlıqlar təmin ediləcək
Yanvar 25
15:17
2017
1. 175 dəfə baxılıb
Yaxın gələcəkdə Həcc və Ümrə ziyarəti üçün Məkkə və Mədinə şəhərlərinə gələn əlil zəvvarların rahatlığı üçün bütün lazımi şəraitin yaradılması planlaşdırılır.
Selefxeber.az-ın marwa.ru-ya istinadən məlumatına görə, şəhərdəki binalar, mehmanxanalar və müqəddəs məkanlar da daxil olmaqla onların yaxınlığındakı ərazilərdə əlil zəvvarlar üçün nəzərdə tutulmuş xüsusi keçidlər təşkil ediləcək.
Eləcə də, əlil zəvvarlar xüsusi avtobuslar və onları müşayiət edəcək xidmət personalları ilə təmin ediləcəklər.
Əlil zəvvarların ziyarət zamanı rahatlığı üçün nəzərdə tutulmuş təklif artıq Məkkə valisi şahzadə Xalid əl-Feysələ təqdim olunub. Bu təklif yaxın gələcəkdə Ali Həcc Komitəsinin keçirilən növbəti yığıncağında müzakirə olunacaq.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar.” (Muslim 4\ 2074\ № 2699)