Məkkə və Mədinədə əyləncəli telekanalların yayımı qadağan edilib.
İyun 15
16:18
2016
761 dəfə baxılıb
Turizm və Milli İrs üzrə Səudiyyə Komissiyası Ramazan ayı ərzində Məkkə və Mədinə şəhərlərində əyləncəli və musqili telekanalların yayımlanmasını rəsmi şəkildə qadağan edib.
Məlumatda bildirilir ki, bu qadağa hər iki şəhərin bütün otellərinə də şamil olunur. Əyləncəli telekanalların yayımının dayandırılmasını bu şəhərlərdə yerləşən müqəddəs məkanlara hörmət əlaməti olaraq tətbiq edildiyi nəzərə çatdırılıb.
Qadağalara riayət edilmədiyi halda isə xüsusi yaradılmış nəzarət komissiyası tərəfindən inzibati tədbirlər görüləcək. Qaydaları pozan otellər ya cərimə olunacaq, ya da bütünlüklə bağlanacaq.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir”. Biz: “Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?” deyə soruşduq. O dedi: “Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!” (İbn Macə rəvayət edib, şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləyib).