Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Məkkədə dünyanın ən böyük mehmanxanası inşa ediləcək

May 19
13:16 2015

Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2017-ci ilədək dünyanın ən böyük mehmanxanasının tikilməsi planlaşdırılır.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, 12 qüllədən ibarət oteldə 10 min otaq, 70 restoran, konfrans zalları və supermarketlər yerləşəcək.

Otelin 10 qülləsində xidmət “dörd ulduz”, geri qalan iki qüllədə isə “beş ulduz” səviyyəsində olacaq.

Mehmanxananın damında helikopter meydançası da nəzərdə tutulub.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkə barəsində buyurmuşdur: “Allaha and olsun ki, sən Allahın ən xeyirli və ən sevimli diyarısan. Əgər tayfam məni buradan çıxarmasaydı, mən buradan çıxmazdım”. (Əhməd, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)

Digər xəbərlər