Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Məkkədə kölgələr yox oldu.

May 28
17:38 2016

Cümə günü Məkkə şəhərində nadir təbiət hadisəsi müşahidə olunub. Belə ki, Məkkə vaxtilə 12:18 radələrində günəş şərəfli Kəbə üzərində 90 dərəcə bucaq altında görünüb. Bu qısa zaman ərzində havanın günəşli olmasına baxmayaraq ətrafdakı bütün kölgələr yox olur.

Məkkədə görünən bu nadir təbiət hadisəsi insanlara qibləni daha rahat tapmağa və daha dəqiq müəyyən etməyə imkan verir. Bu hadisə adətən ildə iki dəfə təkrar olunur.

Kral Abdul Aziz adına Universitetin astronomiya fakültetinin professoru Mulhim Hindinin sözlərinə görə bu il Məkkə şəhərində bu nadir təbiət hadisəsi may ayının 27-nə, iyul ayının 15-nə təsadüf edir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) gecəni gündüzə, güzdüzü də gecəyə qatar. O, günəşi və ayı ram (öz əmrinə, sizin mənafeyinizə tabe) etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr (hərəkət) edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər.” (Fatir surəsi, 13-cü ayə).

Digər xəbərlər