Məkkədə zəvvarlar üçün xüsusi otellər tikiləcək – FOTO
1. 337 dəfə baxılıb
Müqəddəs Məscidin yaxınlığındakı ərazidə yerləşəcək nəhəng otellər kompleksinin tikintisi üzrə keçirilən müsabiqənin qalibi olan “Foster + Partners” şirkətlər qrupu Məkkədə zəvvarlar üçün xüsusi otellər inşa edəcək.
Selefxeber.az-ın archdaily.com-a istinadən xəbərinə görə, yeni kompleksin müxtəlif yüksəkliyə malik bir neçə qüllədən ibarət, ənənəvi ərəb üslubunda tikiləcəyi nəzərdə tutulur. Otel otaqları və mənzillər üzü Müqəddəs Kəbəyə yönləndirimiş istiqamətdə inşa olunacaq. Hər otaqda da namaz və ibadət üçün xüsusi ayrılmış yer olacaq.
Onu da qeyd edək ki, bu otellərin zəvvarların Məkkə və Mədinə arasındakı hərəkətini asanlaşdırmaq üçün sürət qatarlarının işləyəcəyi “Haramain” dəmir yolu stansiyası ilə “Əl-Haram” məscidinin arasındakı ərazidə salınması planlaşdırılır.