Məkkədəki faciədə 2 Türkiyə vətəndaşı ölüb, 19-u yaralanıb
641 dəfə baxılıb
Səudiyyə Ərəbistanının Məkkə şəhərində, müqəddəs Kəbədə baş vermiş faciə zamanı ölən və yaralananlar arasında Türkiyə vətəndaşları da var.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə hökuməti yanında dini işlər idarəsinin (Diyanet İşleri Başkanlığı) rəhbəri Mehmet Görməz olay zamanı 2 türkiyəli zəvvarın öldüyünü, 19 zəvvarın isə yaralandığını açıqlayıb. O, yaralıların durumunun qənaətbəxş olduğunu bildirib. Ölənlər İstanbuldan gedən Abdulkadir Gökmən və Trabzondan gedən Erol Karaağaclı adlı şəxslərdir.
Qeyd edək ki, Türkiyədən Həcc ziyarətində 65 min nəfər iştirak edir. Faciədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman bin Abduləziz Əl Səud ilə telefon əlaqəsi saxlayıb.
Xatırladaq ki, sentyabrın 11-də Kəbədəki məscidin genişləndirilməsi işlərində istifadə olunan 50-55 metr uzunluğundakı kran aşıb. Nəticədə 107 nəfər ölüb, 238-i yaralanıb. Hadisə Həcc ziyarəti üçün yüz minlərlə müsəlmanın Məkkəyə gəldiyi zamanda baş verib.
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur”. (Bax: “Təfsir Əs-Saadi”)