Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Məkkənin Böyük Məscidi 2 000 000 zəvvar qəbul eləməyə hazırdır – FOTO

Sentyabr 27
16:07 2014

“Sələf Xəbər” İslamToday-a istinadən xəbər verir ki, bu il həcc edəcək 2 000 000-dən çox zəvvar namaz üçün Məkkənin Böyük Məscidinin daha da genişləndirilmiş zonalarından istifadə edə biləcək, İki müqəddəs məscidin Mühafizəçisi kral Abdulla bildirib.

Kral əmrlərinə uyğun olaraq, dindarlar məscidin daxilində və həyətlərində yenidən qurma layihəsinin şimal, qərb, cənub və şərq hissələrində namaz qıla biləcəklər.

Proqramın 67%-i başa çatıb. Kral Abdulla həmçinin məmurlara genişləndirilmiş matafı (Kəbəni təvaf etməyi asanlaşdıran xüsusi konstruksiya) açmağı tapşırıb. Qeyd edilir ki, kral Abdullanın layihəsi ilə Böyük Məscidin potensialı artaraq saatda 2 milyon nəfərə çatıb.

Beləliklə, bundan sonra saatda 52 000-dən 130 000-ə qədər zəvvar eyni anda Kəbəni təvaf edə biləcək.

📷

sx-news-676c

“Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. İbrahimin dayandığı yeri namazgah edin!”

Müqəddəs Quran, “Bəqərə” surəsi, 125-ci ayə

Digər xəbərlər