Məkkənin əmiri Kəbənin yuyulmasında iştirak edib – FOTO
Oktyabr 17
18:11
2016
1. 387 dəfə baxılıb
İki Haram məscidin xadiminin müşaviri, Məkkə şəhərinin əmiri Xalid bin Feysəl bu gün Kəbənin yuyulması mərasimində Kral Salman bin Əbdüləzizin adından iştirak edərək Kəbəni yuyub.
Selefxeber.az-ın “Akhbaar24” saytına istinadən məlumatına görə əmir köməkçiləri ilə birlikdə Kəbənin içərisini gül suyu ilə qarışdırılmış zəm-zəm suyu ilə yuyublar. Daha sonra Kəbəni təvaf edib, İbrahim məqamında iki rükət namaz qılıblar.
Qeyd edək ki, Kəbə evi ildə iki dəfə, məhərrəm ayının ortası və şaban ayının sonunda yuyulur. Yuyulma mərasimində 45 litr zəm-zəm suyu, 50 şüşə gül suyu və bir qədər bahalı Kombociya udu istifadə olunur.
Selefxeber.az saytı sizə Kəbənin yuyulma mərasimini əks elətdirən video materialı təqdim edir.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 96-97-ci ayələr).